Bu qəsəbələr 1 saat işıqsız qalacaq

Hazırda oxunan: Bu qəsəbələr 1 saat işıqsız qalacaq

581156

Bu gün saat 13:00-dan 14:00-dək Abşeron rayonunun Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Bizim.Media "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin