“Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

Hazırda oxunan: “Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

581155

ABŞ-ın Xəzər regionuna artan marağını müşahidə edirik. Vaşinqton sənədlərinin imzalanması həmin ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi oldu.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.

O, həmçinin bildirib: “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanın iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər.

Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin