Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

Hazırda oxunan: Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

581147

Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.

Bizim.Media “Avtosfer.az”a istinadən xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobilin sahibi saxlanılıb.

10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
 

Bildirilib ki, “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələrini idarə edirlər. Avtomobil qarajına ümumilikdə “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lüks maşınlar daxildir.


Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkilişdən yayınmaq üçün avtomobillə ərazidən uzaqlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin