Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nahid Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttiham aktına əsasən, hadisə 08 sentyabr 2025-ci il tarixdə, gecə saat 23:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, Nahid Quliyev ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı, zərərçəkmiş İradə Quliyeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ondan icazəsiz toy məclisinə getməsi olub. Bu barədə ər arvada irad bildirib və tərəflar arasında mübahisə yaranıb.
Mübahisə əsnasında əsəbiləşən təqsirləndirilən şəxs İradənin üzərinə hücum edib, qəsdən əl, yumruq və təpik zərbələri ilə onun sifət, baş, bel və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurub.
Hadisədən sonra Nahid Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:58 / 18.11.2025
Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü
Hazırda oxunan: Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü
Hazırda oxunan: Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü
581130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































