Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:24 / 18.11.2025
Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO
Hazırda oxunan: Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO
Hazırda oxunan: Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO
581117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































