Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə–Qazax, Qazax–Gəncə, Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AYNA-dan Bizim.Media-ya bildirilib ki, Gəncə–Qazax marşrutu üzrə fiziki şəxslər Taleh Qafar oğlu Əsgərov və Mahir Xaliq oğlu Məmmədov;
Qazax–Gəncə marşrutu üzrə fiziki şəxslər Samir Rəfayıl oğlu Yolçuyev, Ayaz Müslüm oğlu Bəndəliyev və Xəyal Vəli oğlu Mirzəyev;
Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Vüsal Fazil oğlu Abbasov;
Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs “Simurq Kompani” ASC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Bizim.Media

































































































