Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların qanunsuz çıxarılması ilə bağlı iddialar yayılıb.
Məsələ bağlı FHN-dən Bizim.Media-ya bildirilib ki, məsələ hüquqi müstəvidə həllini tapıb:
“FHN-in balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən xidməti yaşayış sahələrindən “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 102-ci maddəsinin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılmaları ilə bağlı tərəfimizdən Suraxanı Rayon Məhkəməsinə müraciət edilib.
Həmin şəxslərin Nazirliyə məxsus həmin xidməti mənzillərdən çıxarılmaları və mənzilləri Fövqəladə Hallar Nazirliyinə təhvil vermələri barədə məhkəmə qətnamələr qəbul edib və məhkəmə qətnamələri qanuni qüvvəyə minib.
Qanuni qüvvəyə minən 7 məhkəmə qətnaməsi Suraxanı Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və həmin şöbə tərəfindən məcburi icra hərəkətləri həyata keçirilərək, mənzillərin Nazirliyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir”.
Bizim.Media
































































































