Qubada hindistanlı turistin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, noyabrın 17-də Bakı-Quba-Rusiya sərhədi yolunun 149-cu kilometrliyində Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadə idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən piyadanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada - 40 yaşlı Hindistan Respublikasının vətəndaşı Khan Mansoor Faizulla Quba rayon mərkəzi xəstəxanasında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































