Bakıda avtomobildən kişi meyiti tapılıb.
Bizim.Media Bakupost.az-a istinadla xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında - "Araz" marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs “Yango” taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb.
Mərhumun 2 gün əvvəl - ayın 15-də dünyasını dəyişdiyi ehtimal olunur.
Məlumata görə, avtomobilin sahibi nəqliyyat vasitəsinin itməsi ilə bağlı axtarışa başlayıb və cəsəd də elə bu zaman aşkar edilib. İlkin ehtimallara əsasən, hadisəyə sürücünün avtomobilin isitmə sistemini işə salaraq içəridə yatması səbəb olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media


































































































