Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

581039

Azərbaycan vətəndaşı Xəlilov Əkbər Tariyel oğlu Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 

Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.


O, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin