“Bakı Metropoliteni”QSC -də yeni qadın maşinist işə başlayıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Yeni stansiyalar, müasir qatarlar, rəqəmsal idarəetmə... – Bakı Metropoliteninin İNKİŞAF PERSPEKTİVLƏRİ
Qurum rəsmisi bildirib ki, yeni əməkdaşla birgə Bakı metrosunun qadın maşinistlərinin sayı 3 olub.
“Xanım müvafiq sınaq mərhələlərini keçdikdən sonra artıq fəaliyyətə başlayıb”.
Maraqlıdır, maşinist vakansiyalarında qadınlar və ya kişilər üçün qoyulan tələblərdə fərq var?
“İstənilən maşinist vakansiyasında həm kişilər, həm də qadınlar nəzərdə tutulur. Sağlamlıq, texniki və s məsələlərdə qadın və kişi maşinistlərə eyni tələblər qoyulur. Tək fərq kişilərdən hərbi xidmətin tələb olunmasıdır. Qalan tələblərin hər biri standart olaraq eyni qalır. Kişilər necə işləyirsə, qadınlar da elə işləyir”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

































































































