Qubada FACİƏ – Yolu keçən Hindistan vətəndaşını avtomobil vurub öldürdü

Hazırda oxunan: Qubada FACİƏ – Yolu keçən Hindistan vətəndaşını avtomobil vurub öldürdü

581031

Qubada Hindistan vətəndaşı qəzada həyatını itirib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Qubanın Cağacuq kəndindən keçən hissəsində qeydə alınıb.

Əcnəbi turistlərin olduğu avtomobil yoldakı yanacaqdoldurma məntəqəsinə daxil olub.
 

Bu zaman avtomaşındakı sərnişin Mansur Xan maşından düşüb və yolun o biri hissəsinə keçib. Geri qayıdanda onu Hundai markalı avtomobil vurub. Mansur Xan yerindəcə vəfat edib.


Faktı Quba rayon Polis Şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin