Evdə xidmət göstərilən tənha ahıl və əlillərin sayı açıqlandı

Hazırda oxunan: Evdə xidmət göstərilən tənha ahıl və əlillərin sayı açıqlandı

58103

Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşların sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bugünki brifinqdə belə şəxslərin sayının 4 941 nəfər olduğunu deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il neçə min şəxsə sosial xidmətlər göstərilib? - RƏSMİ


Onun sözlərinə görə, hazırda 3885 nəfəri qadın, 1056 nəfəri kişi olmaqla 4941 nəfər tənha ahıl və əlilliyi olan vətəndaşa evdə sosial-məişət xidməti göstərilir:

"Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslərdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir". 

V.Behbudov bildirib ki, hazırda 739 sosial xidmətçi və 27 sosial agent həmin şəxslərə evdə sosial-məişət xidməti göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin