“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

Hazırda oxunan: “6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

580998

“Bəzi kənd məktəblərində bəzi fənlərdən, daha dəqiq musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı ola bilər. Müəllim çatışmazlığı da problem deyil, müəllimimiz var, sadəcə, balaca məktəbdə dərs saatı o qədər az olur ki, ora müəllim göndərmək çətindir”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Bəzi məktəblərdə bəzi fənlərdən 6 saat dərs yükü var. Bundan sonra da o dərs artmayacaq, çünki o kəndlərdə az əhali yaşayır, az şagird var.

6 saatlıq dərs də stafkanin üçdə biri deməkdir. Təbii ki, 6 saat dərs yükü üçün yaxşı müəllim tapıb göndərmək çətindir. Ona görə də saat hesabı sistemindən uzaqlaşmaq lazımdır.  Bu problemin nazirlik və mənim şəxsimlə əlaqəsi yoxdur. Bizim dediyimizin əksinə yaxşı təkliflər varsa, istənilən formatda dinləməyə hazıram. Nə pisdirsə, onu desələr, bu bir az da yaxşılaşar", - deyə nazir bildirib.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin