Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Hazırda oxunan: Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

580989

Qax rayonunda qardaş atasının mülkünə görə bacısını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qaxbaş qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Xudeynatovun evi atasının mülki ilə həmsərhəd olub. Atası rəhmətə gedəndən sonra mülk onun qardaşına qalıb.
 

Bir neçə gün öncə o həyətində işləyərkən atasının evinin darvazasının traktorla çıxarıldığının şahidi olub. Hadisə yerinə gələn Qüdrət orada bacısı ilə rastlaşıb. Məlum olub ki, darvazanı bacısı çıxarıb dəyişmək istəyir. O, prosesə etiraz etsə də, bacısı darvazanı çıxaracağını bildirib. Nəticədə Qüdrət əlindəki dəmir parçası ilə bacısını döyərək, ona baş və bədən nahiyələrindən xəsarətlər yetirib.


Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisə ilə bağlı protokol tərtib edilərək, sənədlər məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Qüdrət 300 manat cərimələnib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin