Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı ətrafında yaranan narazılıqlar son günlərin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib.
“Şamaxinka” kimi tanınan, üzü Sumqayıt-Masazır-Xırdalan istiqamətində olan bu yolda əvvəllər ancaq pik saatlarda sıxlıq olurdu.
MÖVZU İLƏ BAĞLI:
SUMQAYITDAN BAKIYA açılan yeni marşrut xəttinin üstünlükləri nədir?
İndi günün istənilən saatlarında, hətta bazar günlərində bu yol keçilməz dar boğaza çevrilib. İctimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə salınan bu yol, əksinə, sürücülərin əsəbini tarıma çəkib.
Sürücülər hesab edirlər ki, qərar real yol tutumunu nəzərə almadan tələsik verilib. Nəticədə yüzlərlə avtomobil sahibi gündəlik yol əzabından qurtula bilmir. Əvvəllər də, xüsusən axşam saaatlarında yaranan sıxlıq indi sonu görünməyən maşın selinə çevrilib.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Şəfiqə Şəfa, Bizim.Media




































































































