İraq və Suriyadan gətirilən azərbaycanlıların durumu açıqlandı

Hazırda oxunan: İraq və Suriyadan gətirilən azərbaycanlıların durumu açıqlandı

58098

"İraqdan və Suriyadan ölkəmizə repatriasiya olunan vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Ümumilikdə 2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib". 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il neçə min şəxsə sosial xidmətlər göstərilib? - RƏSMİ


Sədrin sözlərinə görə, onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə qadınlardır:

"Ötən il ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin