Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Belə ki, kafelərin birində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ə.Həmidovla Gəncə sakini, 1999-cu il təvəllüdlü İ.Əliyevin arasında mübahisə düşüb.
Bu zaman İ.Əliyev Ə.Həmidovun başına bıçaqla xəsarət yetirib. Daha sonra xəsarət alan şəxs Gəncə şəhər sakini İ.Əliyevə yumruqla xəsarət yetirib.
İlkin məlumata əsasən, hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media





































































































