Sumqayıt şəhərində bir gündə iki avtomobil yanıb.
Bizim.Media xəbər verir ki, ilk hadisə şəhərin Sahil küçəsində qeyd alınıb.
Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Alim Sirac oğlu Nəzərliyə məxsus KIA markalı avtomobil yanıb.
Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Növbəti hadisə "Xəzər bağları" adlanan ərazidə baş verib. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Seymur Rahib oğlu Quliyevə məxsus "Volkswagen" markalı avtomobil alovlanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media




































































































