Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Hazırda oxunan: Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

580887

"Bakıda xeyli insan qarşısında səhnəyə çıxmaq mənim üçün şərəfdir".

Bizim.Media xəbər verir ki, bu fikirləri İqor Stravinskinin dünya musiqisinin incilərindən olan "Bahar ayini" baletinin aparıcı rəqqasəsi Maya Donq jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana ilk səfəridir və Bakının gözəlliyinə heyran qalıb: "Həmçinin çıxış edəcəyimiz Akademik Milli Dram Teatrı da memarlıq üslubu baxımından olduqca mükəmməldir və buradakı ab-havadan çox təsirləndim".

Rəqqasə "Bahar ayini"nin fəlsəfəsindən də bəhs edib: "Bu, insanın təbiət qarşısındakı acizliyini, təbiətin dövrü ritmlərinə bağlılığını və qədim mədəniyyətlərin kollektiv şüurunu bədii dildə ifadə edən ritual dramdır. Hər kəs öləcək, amma əsas məsələ həyata daha çox dəyər verməkdir. İnsan nə qədər sivilizasiya yaratsa da, təbiətin ilkin ritmlərini dəyişə bilməz".

Rəqqas Fenqvey Ju da Bakıya ilk dəfə gəldiyini və ab-havaya heyran qaldığını vurğulayıb: "Bakıda bu əsəri sərgiləmək üçün bizə imkan yaradanlara, prodüser Faruk Çaudhriyə təşəkkür edirəm. Ümid edirəm ki, çıxışımız izləyiciləri məmnun edəcək. Bunu da qeyd edim ki, bu əsər təkcə musiqi və rəqs deyil, həm də insan həyatının mənasını araşdıran fəlsəfi bir təcrübədir". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin