Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Ələt–Astara magistralının 164-cü km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil Astara rayon sakini Habil Zahirovun idarə etdiyi “DAF” markalı ağır yük maşını ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”dəki sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, avtomobil yolu əks istiqamətdə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu






















































































