"Telegram" mesenceri hədiyyələr üçün hərracın keçirilməsi funksiyasını istifadəyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov özünün "Telegram" kanalında bildirib.
Məşhurlardan gələn hədiyyələr üzərində hərraclar təşkil etməzdən əvvəl şirkət eksklüziv "Telegram Plane" hədiyyəsi vasitəsilə hərrac mexanikasını test etmək qərarına gəlib.
Qeyd edək ki, ilk hərrac noyabrın 15-də axşam saatlarında başlayıb və 50 raunddan ibarət olub. Hər raundda birinci yeri tutan 20 iştirakçı 20 "Telegram Plane" hədiyyəsi qazanıb. Birinci raund bir saat, qalan 49 raund isə hər biri 5 dəqiqədən ibarət olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 16.11.2025
"Telegram"da ilk hədiyyə hərracı keçirildi
Hazırda oxunan: "Telegram"da ilk hədiyyə hərracı keçirildi
Hazırda oxunan: "Telegram"da ilk hədiyyə hərracı keçirildi
580851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





















































































