Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Hazırda oxunan: Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

580798

Gədəbəydə ailə faciəsi baş verib.

Bizim.Media xəbər verir ki, belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.
 

İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin