Noyabrın ikinci yarısında hansı bürcləri SÜRPRİZ GÖZLƏYİR?

Hazırda oxunan: Noyabrın ikinci yarısında hansı bürcləri SÜRPRİZ GÖZLƏYİR?

580726

Noyabr ayının yarısı geridə qalıb. Yaşanan ayın digər yarısı üçün ulduz falı bəzi bürc altında doğulanlara taleyüklü bir dövr proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, qarşıdakı 15 gün bəzi bürclər üçün uğurlu, bəzi bürclər üçün riskli hesab ediləcək.

Qoç

Bu bürcün nümayəndələri üçün noyabrın ikinci yarısı enerji və hərəkətlilik gətirəcək.

Yarımçıq işləri tamamlamaq, yeni planlar qurmaq üçün uyğun dövrdür.

Şəxsi münasibətlərdə isə daha açıq danışmaq tövsiyə olunur.

Buğa

Buğaları bu dövr daha çox maliyyə və iş mövzularına yönəldəcək. Uzun müddətdir düşündükləri bir məsələ ilə bağlı qərar verə bilərlər. Ev və ailəylə bağlı rahatladıcı xəbərlər gözlənilir.

Əkizlər

Əkizlər bürcündə doğulanları yeni tanışlıqlar, kiçik səfərlər və maraqlı danışıqlar gözləyir. Peşəkar sahədə sürpriz bir dəstək ala bilərlər.

Xərçənglər

Onlar üçün noyabrın ikinci yarısı daha çox özünü toparlama və planlaşdırma dövrüdür.

Maliyyə məsələlərində ehtiyatlı davranmaqda fayda var. Ailəiçi münasibətlərdə isə harmoniya güclənəcək.

Şirlər

Bu dövrdə enerji yüksəlməsi yaşayacaq və özlərini daha yaradıcı hiss edəcəklər. Bu zaman sevgi mövzularında da irəliləyiş ola bilər. İş həyatında yeni təklif və ya ideya gündəmə gələ bilər.

Qızlar

Qızlar üçün qarşıdakı 15 gündə daxili sükunət və yenilənmə dövrüdür. İşdə detallara diqqət etməli, sağlamlıq və gündəlik rutinlərinə yeniliklər əlavə edə bilərlər.

Tərəzilər

Onların sosial həyatı canlanacaq. Dostlarla görüşlər, yeni layihələr və əməkdaşlıqlar üçün yaxşı vaxtdır. Şəxsi həyatda balansı qorumaq vacib olacaq.

Əqrəblər

Bu ay onların ayıdır, ona görə də güclü transformasiya enerjisi davam edir. Maddi və şəxsi həyatla bağlı mühüm addımlar ata bilərlər.

Oxatan

Oxatan bürcünün nümayəndələrinə noyabrın ikinci yarısı motivasiya və azadlıq hissi gətirir. Təhsil, səyahət və yeni planlar üçün mükəmməl dövrdür. Gözlənilməz bir xəbər ala bilərlər.

Oğlaq

Oğlaqlarda bu dövr daha çox iş və məsuliyyət mövzuları ön plana çıxa bilər.

Pul məsələlərində irəliləyiş mümkündür. Onlar üçün daxili dünyanı araşdırmaq, hisslərini anlamaq üçün yaxşı zamandır.

Dolça

Dolçalar üçün əməkdaşlıqlar və münasibətlər diqqət mərkəzində olacaq. Qarşılarına çıxan yeni təkliflər gələcək üçün faydalı ola bilər. Dostlarla əlaqələr güclənir.

Balıqlar

Balıq bürcündə doğulanlara bu dövr iş və sağlamlıq sahəsində yeniliklər gətirə bilər.

Rutinləri dəyişdirmək və yeni vərdişlər yaratmaq üçün əlverişli zamandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin