Melatoninin uzunmüddətli istifadəsi bu xəstəliklərə SƏBƏB OLUR

Hazırda oxunan: Melatoninin uzunmüddətli istifadəsi bu xəstəliklərə SƏBƏB OLUR

580721

Melatonin zərərsiz "yuxu həbi" hesab olunur. Ona görə də uzun illərdir insanlar onu təhlükəsiz sayaraq qəbul edirlər.

Son elmi araşdırmalar isə bəzi suallar doğurub.

Bizim.Media xəbər verir ki, Amerika Ürək Assosiasiyası tərəfindən aparılan xroniki yuxusuzluqdan əziyyət çəkən 130.000-dən çox insanın məlumatlarına əsaslanan yeni bir araşdırma, müntəzəm, uzunmüddətli melatonin istifadəsinin ürək-damar hadisələri riskini artırdığını müəyyən edib.
 

Alimlər müəyyən ediblər ki, bir ildən çox müddətə melatonin qəbul edənlərdə ürək çatışmazlığı diaqnozu qoyulması və xəstəxanaya yerləşdirilməsi ehtimalı, ondan istifadə etməyənlərə nisbətən daha yüksəkdir. Beş illik müşahidə dövründə melatonin qrupunda yeni başlayan ürək çatışmazlığı riski təxminən 90%, xəstəxanaya yerləşmə ehtimalı təxminən 3,5 dəfə və ölüm riski ikiqat artıb.


Bu nəticələr melatoninin zərərlərini sübut etməsə də, şübhəsiz ki, narahatlıq doğurur. Çünki melatonin "təhlükəsiz təbii vasitə" kimi satılır.

"Bəlkə də melatonin əvvəllər düşünüldüyü qədər zərərsiz deyil. Nəticələrimiz təsdiqlənərsə, həkimlər onu yuxusuzluq üçün tövsiyə etməkdə daha ehtiyatlı olmalı olacaqlar", - deyə tədqiqat müəllifləri bildiriblər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin