Bu sahibkarları 30 min manata qədər cərimə gözləyir - VİDEO

Hazırda oxunan: Bu sahibkarları 30 min manata qədər cərimə gözləyir - VİDEO

580665

Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız həyata keçirilir. Aparılan yoxlamalar bunu deməyə əsas verir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə danışan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə, lazer epilyasiyası tibbi bilik tələb edən prosedurdur.

Dərinin növü və vəziyyəti mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Amma bu bir çox gözəllik salonunda yoxdur. Yəni lazer epilyasiyası kor-koranə edilir.
 

Mütəxəssis deyir ki, yoxlamalar zamanı lazer epilyasiya xidməti göstərən kosmetoloji mərkəzlərin çoxunun lisenziyası yoxdur. Belə xidmətlərə görə aktlar tərtib edilir və mərkəzlərin sahibləri inzibati qaydada cərimə edilirlər.


Daha ətraflı videomaterialı təqdim edirik.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin