Adı çəkilən məhsullar bağırsaq xərçəngi riskini 17 faiz azaldır

Hazırda oxunan: Adı çəkilən məhsullar bağırsaq xərçəngi riskini 17 faiz azaldır

580659

"Yarpaqlı göyərtilər yoğun bağırsaq xərçəngi riskini 17 faiz azaldır".

Bizim.Media "Daily Mirror"a istinadla xəbər verir ki, bu barədə britaniyalı cərrah Karan Rajan danışıb.

Onun sözlərinə görə, bağırsaq xərçənginin qarşısını almaq üçün müntəzəm olaraq süd məhsulları, çia toxumları, yarpaqlı göyərtilər və kalsium tərkibli digər qidalar qəbul etmək lazımdır:

"Hər kəs bilir ki, kalsium sümükləri qoruyur, eyni zamanda yoğun bağırsaq sağlamlığını qoruyur. Bu mikroelement öd turşuları ilə birləşir və bağırsaq astarının zədələnməsinin qarşısını alan və yoğun bağırsaq keçiriciliyini azaldan bir maddə əmələ gətirir".

Cərrah qeyd edib ki, kalsiumun qoruyucu xüsusiyyətlərinə yaş, cins, genetika, fiziki fəaliyyət və ya siqaret çəkmək təsir etmir. İstədiyiniz effekti əldə etmək üçün gündə 300 milliqram kalsium qəbul etmək kifayətdir. Bu miqdar bir stəkan süddə, 170 qram qatıqda, bir stəkan göyərtidə və ya iki xörək qaşığı çia toxumunda olur:

"Kalsium tabletləri də yoğun bağırsaq xərçənginin qarşısını almağa kömək edir, lakin bu formada riski yalnız doqquz faiz azaldır. Buna görə də qida əlavələri əvəzinə təbii məhsullar seçmək tövsiyə olunur". (ölkə.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin