Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Hazırda oxunan: Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

580640

Suda həll olunaraq hazırlanan qəhvədən müntəzəm istifadə görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, Deloittin araşdırmasına görə, Böyük Britaniya sakinlərinin 54%-i həll olunan qəhvəni digər içkilərdən üstün tutur. Lakin Çinin Hubey Universitetinin alimlərinin yeni tədqiqatı xəbərdarlıq edir: bu məşhur seçim göz sağlamlığı üçün ciddi nəticələrə səbəb ola bilər.

Böyük Britaniya və Finlandiyadan yarım milyondan çox insanın məlumatlarının analizi göstərib ki, müəyyən genetik xüsusiyyətləri olan insanlarda həll olunan qəhvə qəbulu yaşa bağlı quru makulyar deqenerasiya (AMD) riskini artırır. Bu xəstəlik tor qişanın mərkəzi hissəsini – aydın görməyə cavabdeh makulanı zədələyir və yaşlılarda korluğun əsas səbəblərindən biridir.



Tədqiqatçılar müəyyən ediblər ki, genetik meyilliyi olan şəxslərdə həll olunan qəhvənin gündə iki fincandan dörd fincana qədər artırılması xəstəliyin yaranma ehtimalını demək olar ki, yeddi dəfə artırır. Eyni əlaqə nə təbii qəhvə, nə də AMD-nin yaş (nəmlik) formasında müşahidə edilməyib.

Mütəxəssislər vurğulayırlar ki, həll olunan qəhvənin azaldılması xəstəliyin qarşısını almağa
kömək edə bilər.

“Həll olunan qəhvə zərərsiz alternativ deyil. AMD üçün irsi risk daşıyan insanlar üçün ölçülülük xüsusilə vacibdir”, — deyə araşdırmanın müəllifləri bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin