Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş verən yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 126 kvadratmetr olan birmərtəbəli evin mətbəx hissəsinin tavanı, salon otağında olan 1 ədəd divan və yaşayış evinin açıq eyvanının 3 kvadratmetr tavan hisəssi yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:55 / 14.11.2025
Naxçıvanda fərdi yaşayış evi YANDI
Hazırda oxunan: Naxçıvanda fərdi yaşayış evi YANDI
Hazırda oxunan: Naxçıvanda fərdi yaşayış evi YANDI
580610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































