Abşeron rayon Qobu qəsəbəsi sakinləri ərazidə zibil konteynerlərinin azlığından şikayətçidir. Sakinlərin sözlərinə görə, bəzi yerlərdə ümumiyyətlə, konteynerlər quraşdırılmayıb.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda yeni konteynlərin alınması istiqamətində sifarişlər verilib:
“Abşeron rayonun bütün kənd-qəsəbələrində olduğu kimi, Qobu qəsəbəsində də daimi olaraq məişət tullantıları üçün konteynlər həm yenilənir və sayı artırılır, həm də mövcudları təmir olunur.
Rayon ərazisində məişət tullantıları ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla 2 sistem əsasında - həm konteynerlərə yığılmaqla, həm də qapıdan götürmə qaydasında daşınır.
Onu da qeyd edək ki, əhali tərəfindən məişət tullantılarının vaxtı-vaxtında ödənişlərində sakinlər tərəfindən passivlik nümayiş olunduğundan, bu vəziyyət bələdiyyələrin bu sahədə hər hansı bir yenilik etməsinə və yeni yeşiklərin alınmasına böyük çətinliklər yaradır. Lakin buna baxmayaraq RİH tərəfindən yeşiklər təzələnir. Hazırda da yeni konteynlərin alınması istiqamətində sifarişlər verilib”.
Qeyd edək ki, zibil konteynerlərinin qiyməti 420 manat təşkil edir.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 15.11.2025
Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?
Hazırda oxunan: Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?
Hazırda oxunan: Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?
580607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































