Silah zavodunda həlak olan mayor imiş... – FOTO

Hazırda oxunan: Silah zavodunda həlak olan mayor imiş... – FOTO

580577

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib və nəticədə müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən Adil İsmayılov ehtiyatda olan mayor olub.

1969-cu il təvəllüdlü A.İsmayılov Yardımlının Arus kəndindəndir.

Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş A.İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da xidmət edib.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis-sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin