Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza rayon mərkəzinə yaxın ərazidə qeydə alınıb.
Məlumata görə, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.
Nəticədə mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb, onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

























































































