Samir Allahverdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Samir Allahverdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

580565

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.

Bizim.Media "Qaynarinfo.az"a istinadla xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.
 

Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operating Company" və "AzərGold" şirkətlərində sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit xidmətinin (SƏTƏM) müdiri olub.


Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin