Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?

Hazırda oxunan: Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?

580563

İki gün öncə Əhmədlidə baş vermiş sürüşmə Bakı və ətraf qəsəbələrin aktiv sürüşmə zonalarını yenidən gündəmə gətirib. Baş vermiş sürüşmənin eroziya tipli olduğu, əsasən texniki səbəbdən, insanların aktiv təsiri ilə baş verdiyi vurğulanıb. Mütəxəssislər həmin ərazinin sürüşməyə kifayət qədər meyilli olduğunu bildiriblər. Həmçinin suvarmanın təsiri ilə bu sürüşmənin baş verdiyi güman olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Əhmədlidəki sürüşmənin SƏBƏBİ BİLİNDİ


Ümumiyyətlə Bakı və Abşeron daim sürüşmə aktivliyi olan zonadır. Geoloq Xalid Xalidli Bizim.Media-ya açıqlamasında bildirdi ki, aparılan tikinti işləri, onların ağırlığı, yamacların düzgün qorunmaması, kanalizasiyaların, suqəbuledicilərin  olmaması sürüşməyə təsir edən problemlərdəndir. 

“Bundan başqa, güclü yağışlar, yeraltı su səviyyəsinin yüksəlməsi, sel və ətrafda su axınlarının güclənməsi sürüşmə prosesini aktivləşdirə bilər.

Nəticədə binalarda çatların yaranması, divar və təməl strukturunun zədələnməsi, yol, kommunikasiya xətləri və infrastruktura zərər dəyməsi qaçılmazdır”. 

Qeyd edək ki, Bakı və ətraf qəsəbələrdə ən aktiv sürüşmə Masazır və Saray qəsəbələri, Binəqədi, Bayıl yamacı və Nərimanov prospekti sayılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin