İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

Hazırda oxunan: İstilik mövsümünə START VERİLİR – Hansı hazırlıq işləri görülüb?

580549

Sabahdan şəhər təsərrüfatları qış rejiminə keçir. Bu o deməkdir ki, istilik sistemi mövcud olan çoxmənzilli binalara, məktəblərə, uşaq baxçalarına və digər inzibati binalara istilik veriləcək.

Bəs, “Azəristiliktəchizat” ASC yeni mövsümə hazırdırmı?
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək


Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azəristiliktəchizat” ASC 2025-2026-ci illər payız-qış mövsümünə hazırlığı başa çatdırıb:

“Bu mövsüm Səhmdar Cəmiyyəti Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsini nəzərdə tutub”.

Məlumatda o da qeyd edilib ki, respublikanın dağ rayonlarında istiliyin verilməsi 1 noyabr tarixindən etiran başlayıb:

“Belə ki, 9 dağ rayonunda -Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı rayonlarında 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər “Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulub və istiliklə təhciz edilib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin