Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı..." - VİDEO

Hazırda oxunan: Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı..." - VİDEO

580453

Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Zəhra Fərəcova iddia edir ki, təhsil müəssisəsində xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, şagirdin sözlərinə görə, təsviri incəsənət fənnini tədris edən Etibar adlı müəllim ona və digər sinif yoldaşına zorakılıq tətbiq edib:

"Müəllim əvvəl oğlanları dərsə çıxartdı, onlar danışa bilmədilər. Sonra məni çağırdı, mən dərsi yavaş-yavaş izah edirdim. Birdən oğlanın kəmərini çıxarıb yanımdakı türk qızla məni bağladı.
 

Dərsdən sonra bizi açıb buraxdı. Hamı ondan çox qorxur. Qızlara təpik vurur, təhqiramiz ifadələr işlədir. Müəllimə dedim ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəyəm.


Cavab verdi ki, kimə istəyirsən, şikayət et. Uşaqlar da dedilər ki, heç kim ona heç nə edə bilməz".

Məsələ ilə bağlı Babək Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin