Hazırda ölümündən sonra orqanlarını bağışlamaq üçün qeydiyyatdan keçmiş 976 könüllü donor var.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, insanlar arasında məlumatlılığın artması nəticəsində donorların sayında müsbət dinamika müşahidə olunur.
Bəs, bu günə qədər neçə meyit donordan orqan transplantasiyası aparılıb?
“İndiyədək ümumilikdə 9 meyit donordan 37 orqan transplantasiyası əməliyyatı həyata keçirilib”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, hazırda 1000 nəfərdən çox xəstə orqan transplantasiyasını gözləyir.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 13.11.2025
Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL
Hazırda oxunan: Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL
Hazırda oxunan: Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI - ÖZƏL
580428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































