Üç və daha artıq uşağı olanlara hansı güzəştlər EDİLƏ BİLƏR?

Hazırda oxunan: Üç və daha artıq uşağı olanlara hansı güzəştlər EDİLƏ BİLƏR?

580413

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin iclasında Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.

Ümumiyyətlə isə, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara şamil edilir.

Ölkəmizdə son illər 3 uşaqlı ailələrin sayı azalıb. Ailələr sosial durumlarını nəzərə alaraq, 2-dən çox uşaq haqqında düşünmürlər.

Maraqlıdır ki, 3 və daha çox uşağı olan ailələrə əlavə hansı güzəştlər tətbiq olunmalıdır ki, bu sahə stimullaşdırılsın?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, güzəştdən daha çox iqtisadi vəziyyəti qaydaya qoymaq lazımdır:

“Belə təkliflər parlamentdə tez-tez səsləndirilir. Çünki demoqrafik vəziyyət get-gedə pisləşir. Bu, uşaqların doğum sayının azaldığına görə bütün sahələrə öz təsirini göstərir. Bu sahəni stimullaşdırmaq üçün belə bir addımın atılması təklif olunur. Hökumət bunu qiymətləndirib bütün faydalar və yarana biləcək problemləri araşdırıb bir təkliflə gəlsə, təbii ki, Milli Məclisdə dəstəklənə bilər.

Güzəştdən daha çox iqtisadi vəziyyəti qaydaya qoymaq, sahibkarlğı inkişaf etdirmək, iş yerləri və sabit gəlir yeri yaratmalıyıq.

Sabit gəlir yeri olandan sonra şəxslər ailə planlamasını da həyata keçirə bilir. Bu məsələ olduqca ciddi məsələlərdən biridir və ona da diqqət yetirməliyik. Yoxsa belə imtiyazlarla ailə sayını çoxaltmaq açığı ağılabatan deyil. Uzunmüddətli işlə təmin olunan insanın gəliri onun həm də ailə planlamasına öz təsirini göstərəcək. Biz daha çox bunu düşünməliyik”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin