İctimai nəqliyyatın əlçatan, rahat və təhlükəsiz olması hər zaman sərnişinlər üçün önəmlidir.
Bura marşrutun qrafiki və vaxt məsələsi də daxildir.
Qeyd edək ki, “Bakı Metropoliteni” saat 00:00-a qədər fəaliyyət göstərir. Hətta bəzi önəmli, geniş kütləyə xitab edən futbol oyunlarında, konsertlərdə və s bu iş qrafiki daha da uzanır.
Ancaq avtobuslarda bu, belə deyil. Sərnişinlərin sözlərinə görə, bir çox istiqamətə işləyən avtobusları saat 23:00-dan sonra tapmaq mümkün olmur. Halbuki bu ilin sentyabrında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, yeni mexanizmlərin tətbiqindən sonra bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək.
Məsələ ilə bağlı AYNA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, marşrutların iş saatı maksimum 23:30-a qədər davam edir. Bu isə bütün marşrutlara aid deyil:
“Avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir”.
Açıqlamada qeyd edilib ki, avtobusların iş saatının 2026-cı ildə uzaldılması nəzərdə tutulub.
“Avtobusların saat 24:00-a qədər işləməsinə gəldikdə isə, bu məsələnin həyata keçirilməsi “brutto müqavilə”nin tətbiqindən sonra mümkün ola bilər. “Brutto müqavilə”nin tətbiqinə 2026-cı ildən başlanılacaq”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:10 / 13.11.2025
Avtobusların iş qrafiki DƏYİŞİR – BU TARİXDƏN – ÖZƏL
Hazırda oxunan: Avtobusların iş qrafiki DƏYİŞİR – BU TARİXDƏN – ÖZƏL
Hazırda oxunan: Avtobusların iş qrafiki DƏYİŞİR – BU TARİXDƏN – ÖZƏL
580386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































