Lənkəranda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

Hazırda oxunan: Lənkəranda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU - VİDEO

580383

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ruslan Məmizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ruslan Məmizadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabr ayında Lənkəranda baş verib. Təqsirləndirilən Ruslan Məmizadə tanışı Elnur Cəfərovu bıçaqlayıb. Elnur Cəfərov xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, təqsirləndirilən Ruslan Məmizadə Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin