Nazir: “Bu qədər sahə ilə fermerin ailəsini il boyu təmin etməsi mümkün deyil”

Hazırda oxunan: Nazir: “Bu qədər sahə ilə fermerin ailəsini il boyu təmin etməsi mümkün deyil”

580379

“Hazırda ölkədə bir təsərrüfata düşən orta sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer illik ailəsi üçün minimum gəlir əldə edə bilsin:

“Bölgələrdə bir ailə təxminən 4 nəfərdən ibarətdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün orta hesabla 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bu 33 hektardır, meyvəçilikdə bu rəqəm 3-5 hektardır”, - deyə nazir bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin