Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə Azərbaycana qaytarılacaq.
Bizim.Media xəbər verir ki, bunu "Report.az"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:
"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".
Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-a yaxın azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:58 / 13.11.2025
Azərbaycanlı tələbələr Moldovaya buraxılmadı – RƏSMİ - VİDEO
Hazırda oxunan: Azərbaycanlı tələbələr Moldovaya buraxılmadı – RƏSMİ - VİDEO
Hazırda oxunan: Azərbaycanlı tələbələr Moldovaya buraxılmadı – RƏSMİ - VİDEO
580360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































