MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

Hazırda oxunan: MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

580356

Medianın İnkişafı Agentliyi (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, budəfəki müsabiqə şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, qəzetlərə ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb.

O bildirib ki, qəzet redaksiyaları getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər: “Aydın məsələdir ki, bu, media menecmentin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir”. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin