“Üç rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılacaq” – Nazir müavini

Hazırda oxunan: “Üç rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılacaq” – Nazir müavini

580343

“2026-cı il üçün ailə, qadın və uşaq məsələləri üzrə xərclərin qarşılanması üçün 11.3 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstəklə bağlı tədbirlər üçündür”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu istiqamətdə xərclər son 5 il ərzində 3.5 dəfə artıb.

“Həmçinin, növbəti ildə fəaliyyətə başlanması nəzərdə tutulan Füzuli, Qazax, Şamaxı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin maliyyələşdirilməsi məqsədilə büdcədə 604 min manat əlavə vəsait nəzərdə tutulur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin