Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

580242

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi təyin olunan Ceyhun Cəlilov KİMDİR? – DOSYE


Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan MR Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib.

C.Cəlilov Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunduğundan o, Baş naziri vəzifəsindən azad edilməlidir.
 

“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.


Sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin