Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı həbs edilib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları bununla bağlı əməliyyat keçiriblər.
Əməliyyat zamanı ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sürücüsü idarə etdiyi "Fiat" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 222 ünvanının yaxınlığında saxlanılıb.
Avtomobilə baxış keçirilərkən oradan "TOZ-8" markalı odlu silah və iki ədəd patron aşkar edilərək götürülüb. Sürücü saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə sürücü 1 il 9 ay azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media
































































































