Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

Hazırda oxunan: Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

580229

Politoloq Fərhad Məmmədov Bakıda Qələbə paradına dəvəti qəbul etməyən ölkələr haqqında məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Fransa barədə yazmayacağam… Orada hər şey aydındır… Niderlandlar barədə də hər şey aydındır, baxmayaraq ki, keçmiş baş nazir bu yaxınlarda Azərbaycan Prezidenti ilə görüşüb və münasibətlərin normallaşdırılacağını açıqlamışdı… Belçika isə keçmişdəki kolonial siyasəti və ölkəsinin cinayətlərinin xatırlandığına görə Bakıdan inciyib…

Vacib məqam isə Avropa İttifaqının nümayəndəsinin olmamasıdır. Bunu necə başa düşmək olar?
 

Bir tərəfdən, Aİ bildirir ki, 8 avqust tarixli Vaşinqton görüşündən sonra formalaşmış sülh gündəliyini dəstəkləyir. Brüsseldən yüksək vəzifəli nümayəndələr Bakıya, Naxçıvana və Ağdama səfər ediblər.


Brüssel rəsmilərinə göstərilib ki, Aİ post-konflikt bərpa işlərini *mina təmizləməsi, azad edilmiş ərazilərdə infrastrukturun bərpası və Naxçıvandakı dəmir yolunun modernləşdirilməsi) dəstəkləyə bilər. Eyni zamanda Bakı əlaqələrin səviyyəsinin yüksəldilməsini və strateji tərəfdaşlıq üzrə sektoral sənədin imzalanmasını gözləyir.

Cavabı nə oldu? Cavabı çoxmənalı səssizlik…

Səfərlərdən sonra heç bir fəaliyyət yoxdur… və üstəlik Qələbə paradında Aİ nümayəndəsinin olmaması. Bununla yanaşı, Azərbaycana bu günün nə qədər önəmli olduğu aydındır.

Belə vəziyyətə necə reaksiya vermək olar? Aİ-nin etirazı necə başa düşülməlidir?!

Müharibənin nəticələrini qəbul etməmək kimi?
 

Əgər belə davam edərsə, Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz. Azərbaycan Brüsselin Cənubi Qafqaz regionu ilə bağlı gözləntilərini heç bir formada nəzərə almayacaq.


Avropalı məmurlar məsuliyyətsiz avroparlamentarilardan qorxurlarsa, bu onların seçimidir.

Rəsmi Bakı isə gündəliyini Aİ-nin fikrindən asılı olmayaraq davam etdirəcək”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin