“Bu il Kino Agentliyinə 8,5 milyon manat həcmində vəsait ayrılıb. Artıq noyabrın 12-sidir. İndiyə qədər həmin vəsaitin cəmi 41 faizi istifadə olunub və 5 milyon istifadə olunmamış qalıq var.
Nəzərə almaq lazımdır ki, bu ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. Buna görə həmin qurum əlində olan vəsaitin növbəti il üçün xərcləri ödəməyə kifayət edəcəyini düşünürük”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Nazir müavini kino sahəsinə müxtəlif vergi güzəştlərinin tətbiq edildiyini qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:32 / 12.11.2025
Kino Agentliyinə ayrılan vəsaitin 5 milyonu XƏRCLƏNMƏYİB – RƏSMİ
Hazırda oxunan: Kino Agentliyinə ayrılan vəsaitin 5 milyonu XƏRCLƏNMƏYİB – RƏSMİ
Hazırda oxunan: Kino Agentliyinə ayrılan vəsaitin 5 milyonu XƏRCLƏNMƏYİB – RƏSMİ
580176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































