Sabah, fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.
Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər.
Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 31.01.2022
Bu nazirliyə vətəndaşların əyani qəbulu dayandırılır - SABAHDAN
Hazırda oxunan: Bu nazirliyə vətəndaşların əyani qəbulu dayandırılır - SABAHDAN
Hazırda oxunan: Bu nazirliyə vətəndaşların əyani qəbulu dayandırılır - SABAHDAN
58016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.