Kəndlərdəki kitabxana problemi parlamentin GÜNDƏMİNDƏ

Hazırda oxunan: Kəndlərdəki kitabxana problemi parlamentin GÜNDƏMİNDƏ

580159

“Mən kənd rayonunu təmsil edirəm. Biz orda kitabxanaların da, mədəniyyət obyektlərinin də vəziyyətini görürük. Eyni zamanda, artıq kitabxanalar kitab saxlancı yeri olmamalıdır.

Bütün dünyada onlar ilk növbədə oxu zalı funksiyasını yerinə yetirir. Mədəniyyət obyektləri mövhumata, xurafata qarşı mübarizə meydanı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu sahədə təmərküzləşməyə getməliyik:

“Necə ki, orta məktəblərin yaradılması məsələsi var. Birləşmiş siniflər var, amma orda təhsil yoxdur. Müəllimlərin özləri ilə danışıram, deyirlər ki, burada müəyyən məqamlar var.

Demoqrafik göstərici elədir ki, artıq hər kənddə məktəb saxlamaq olmaz. Mədəni obyektlər də, kitabxanalar da o cür olmalıdır”.

Milli Məclisin sədr müavini Rəfael Hüseynov isə kitabxanalar məsələsinə münasibət bildirərkən bunları deyib:

“Dəyişən dövr başqa gerçəkliyi ortaya qoyur. Bu gün kitabxanaların dünənki kimi fəaliyyətini davam etdirməsinə lüzum yoxdur. Kitabxanalar yeni dövrün xüsusiyyətlərinə, elektronlaşmış çağın əlamətlərinə uyğun şəkildə inkişaf etməlidir.

Əlbəttə, qoruyaq, saxlayaq, elə edək ki, kitabxanalar çox olsun. Sadəcə, bir kənddə qapısı kildli bir kitabxana var. Ayda-ildə bir nəfər ora gələcəksə, bununla olmur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin